Bakıda külli miqdarda pul və qızıl oğurlandı
Evi qarət edən şəxs yaxalanıb
29 Oktyabr 2014 14:58 KriminalBakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsi E.Qasımov küçəsində Emil Vəliyevə məxsus evdə baş verib. Onun mənzilindən 18,5 min manat və qızıl-zinət əşyaları oğurlanıb. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hövsan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zaur Cəfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31