Maskalılar məşhur mağazanı qarət etdi – Bakıda

Bakıda məşhur "Grandmart" marketlər şəbəkəsinin mağazalarından biri qarət edilib."Qafqazinfo" xəbər verir ki, Report.az saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən mağazadakı kassadan 65 min manat pul aparıblar. Hadisə vaxtı mağazada gözətçi olmayıb. Kamera görüntülərinə əsasən, qarətçilərin maskalı olub. Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31