Bakıda çörək sexində qanlı dava: ölən var

Bakıda qətl törədilib. Xətai Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Aşıq Ələsgər küçəsində yerləşən çörək sexinin qarşısında qeydə alınıb. Çörək sexində fəhlə işləyən Elşad Kərimov iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin motivi hələlik məlum deyil. Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31