Təyyarə hissəsi daşıyan erməni həbs olundu

Qırıcı təyyarə ehtiyat hissələrini Rusiyadan çıxarmağa çalışan Ermənistan vətəndaşı Şimali Osetiyada həbs olunub.Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, "МиГ-27" qırıcısının ehtiyat hissələrini Ermənistana aparmaq istəyərkən "Yuxarı Lars" sərhəd keçid məntəqəsində tanınmamış Şimali Osetiya Respublikasının sərhədçiləri tərəfindən saxlanılıb.
O, mühakimə olunduqdan sonra barəsində 3 illik azadlıqdan məhrumetmə cəzası çıxarılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31