İlham Mirzəyevə verilən hökmdən apellyasiya şikayəti verilib
28 Oktyabr 2014 16:46 KriminalHəbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən apellyasiya şikayəti verilib. APA-nın məlumatına görə, apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayət yaxın günlərdə icraata veriləcək.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31