Bakıda qadınlardan ibarət cinayətkar dəstə zərərsizləşdirildi

Bakıda qadınlardan ibarət cinayətkar dəstə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 27-də Nəsimi rayonunun Bülbül prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Nigar Zərgərlinin çantasını açıq talama yolu ilə almağa cəhd göstərib, paytaxt sakini Məhbubə Əliyevanı isə döyüb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Rasimə Abdullayeva, Məleykə Bəkirova və Gəncə şəhər sakini Gülnarə Abbasova saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31