Gəncədə keçmiş məhbus güllələndi
28 Oktyabr 2014 13:32 KriminalGəncədə güllələnmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 27-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədilməsi müəyyən edilişdir. Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31