Bakıda narkoman qadın oğurluq edərkən ələ keçdi
28 Oktyabr 2014 13:31 KriminalBakıda avtomobildən oğurluq edən qadın yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yasyıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Fərid Həsənliyə məxsus "Hyundai" markalı avtomobildən 200 manat oğurlanıb. Oğurluğu törətmiş paytaxt sakini Rəhimə Əliyeva sürücü tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib. Onun üzərinə baxış zamanı 0,190 qram heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31