Bakı sakinləri dəhşətli anlar yaşadı
46 yaşlı kişi özünü insanların gözü qarşısında öldürüb
28 Oktyabr 2014 11:15 KriminalÖtən gün Xətai rayonunda dəhşətli intihar hadisəsi baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən Anspress-ə verilən məlumata görə, hadisə Mehmandarov 70, mənzil 51 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 46 yaşlı Cəmil Abbasov insanların gözü qarşısında özünü eyvandan atıb. Nəticədə kişi hadisə yerində keçinib. Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olucaq. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31