Həbs edilmiş meyxanaçı məhkəmə qarşısına çıxarılır
Bayram Kürdəxanlının işi məhkəməyə göndərildi
27 Oktyabr 2014 17:39 KriminalTanınmış meyxanaçı Bayram Kürdəxanlının cinayət işi məhkəməyə göndərilib. Bu barədə Lent.az-a Sabunçu rayon Məhkəməsindən məlumat verilib. Məhkəmədən bildirib ki, oktyabrın 30-da Bayram Kürdəxanlının cinayət işi bağlı məhkəmə hazırlıq iclası keçirəcək.
Qeyd edək ki, Bayram Kürdəxanlı iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərindən narkotik maddə aşkarlanıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31