İŞİD-in İraqdakı mövqelərinə ağır zərbə: Məşhur mütəxəssis öldürüldü

İraq ordusu İŞİD-ə qarşı uğurlu əməliyyatlar keçirib. Nəticədə Diyalə vilayətinin 4 kəndi İŞİD-dən geri alınıb. Amerika mətbuatının məlumatına görə, əməliyyat komandanı Əbülvəhhab Səidi eyni zamanda Tiqrit şəhərinin əl-Hücac və Butamə kəndlərinin də azad edildiyini açıqlayıb. Bəqubədə keçirilən əməliyyatda isə İŞİD-in məşhur partlayıcı maddələr üzrə mütəxəssisi öldürülüb. Bundan əvvəl isə İraq ordusu Babil vilayətinin Cərfül-Səxər kəndinin İŞİD terrorçularından azad edib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31