Xırdalanda mənzil partladı, ev sahibi yandı

Abşeronda mənzildə partlayış hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 25-də Xırdalan şəhərində yaşayan Mustafa Əliyev evində elektrik sobası partlayıb. Partlayış nəticəsində Mustafa Əliyev 2-ci 3-cü dərəcəli termiki yanıq xəsarəti almış və xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31