Şamaxıda mütəşəkkil dəstə iki qardaşı qarət etdi
27 Oktyabr 2014 17:07 KriminalŞamaxıda iki qardaş qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Qafur Dəmirovun və Rəşad Dəmirovun 35 manatını və mobil telefonunu quldurluq yolu ilə almış şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Famil İbadov, Möhlət Möhlətov və Samir Məmmədov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31