Bakıda qəribə oğurluq, kişinin başından parikini oğurladılar

Bakıda qəribə oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də Əhəd Nuriyevdən 100 dollar, 75 manat və süni saçını (parik) soyğunçuluq yolu ilə almış Hacıqabul rayon sakinləri Cavid Qasımov və Ceyhun Məlikov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31