Bankomat kartından pul oğurlayan şəxs ələ keçdi
27 Oktyabr 2014 16:32 KriminalBakıda internet vasitəsilə bankomat kartından pul oğurlayan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, bu il sentyabr ayının 17-dən oktyabr ayının 22-dək olan müddətdə Bakı şəhər sakini Elman Muradovun "Zamin bank"-a aid bankomat kartından internet vasitəsi ilə 137 manat oğurlanıb. Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Ceyhun Əsgərov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31