Sumqayıtda arvad ərinin qanını tökdü

Sumqayıtda gənc ailədə düşən münaqişə bıçaqlanma ilə nəticələnib. "OLAYLAR"ın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, hadisə avqustun 26-da baş verib. Sumqayıt şəhər sakini Xəyalə Hüseynova ailə münaqişəsi zəminində həyat yoldaşı Samir Hüseynovu bıçaqlayıb. Ər yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisəni törədən Xəyalə Hüseynova Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31