“Stolicnaya vodka” tutuldu
27 Oktyabr 2014 15:45 KriminalÖlkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Belə ki, bu günlərdə Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətandaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi "MERCEDES BENZ C 200" markalı, "90-LJ-745" dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Quliyev Xeybər Misir oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda "KREMLİN Avard", "BELUGA" və "Stolicnaya vodka" araqları aşkar edilərək götürülmüşdür.