Bacısının başını kəsən qız ömürlük azadlıqdan məhrum edilə bilməz

Öz doğma bacısının başını kəsərək qətlə yetirən Pərvanə Nuriyevanın ömürlük azadlıqdan məhrum ediləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Hüquqşünas Mirzə Manafov "Olaylar"a bildirib ki, baş verən cinayət hadisəsinə görə qanunvericilikdə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutlmayıb: "Cinayət Məcəlləsinin 57-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzası qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə və hökm çıxaranadək altımış beş yaşına çatmış kişilərə şamil edilmir. Ümumilikdə cinayət qanunvericiliyində bu tipli cinayətlər zamanı cəza növü kimi on beş ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31