Şampun qabından tiryək çıxdı
27 Oktyabr 2014 12:59 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin bir neçə maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyev tərəfindən göndərilmiş bağlamaya baxış keçirilib. Penitensiar vidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zaman "Clear" şampun qabının içərisində gizlədilmiş kibrit qutusundan 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryək aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31