Bərdədə partlayış, iki nəfər xəsarət aldı
27 Oktyabr 2014 12:06 KriminalBərdə rayonunda evdə partlayış hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayonun Kətəlparaq kəndində vətandaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnməyən partlayış hadisəsi baş verib. Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülüb və pəncərə şüşələri qırılıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31