Bakıda dəhşətli intihar: qadın özünü 8-ci mərtəbədən atdı

Hadisənin səbəbləri araşdırılır

Bakıda intihar hadisəsi baş verib. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Sevil Ələkbər qızı Babayeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən, yataq otağının pəncərəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31