Bakıda ağır qəza, 2 ölü, 3 yaralı
24 Oktyabr 2014 17:04 KriminalBakıda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 23-də saat 15 radələrində Qaradağ rayonunun Buta qəsəbəsində Kəngərli rayon sakini Ələddin Allahverdiyevin idarə etdiyi "Ford Cargo" markalı yük avtomobili ilə Füzuli rayon sakini Rafiq Səfərəliyevin idarə etdiyi "Ford Transit" markalı mikroavtobus toqquşub, R.Səfərəliyev idarəetməni itirdiyindən avtomobili Ağdam şəhər sakini Ramil Zeynalovun idarə etdiyi "KİA" markalı avtomobilə vurub. R.Səfərəliyevin sərnişinlərindən - həmyerlisi Ağgül Ərşədil və Beyləqan rayon sakini Qeys Abdullayev hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.