Sumqayıtda keçmiş məhkum sevgilisinin yaşadığı vaqona od vurdu

Sumqayıtda kişi məşuqəsinin yaşadığı yeri yandırıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 23-də saat 19 radələrində Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmayıl Əliverdiyev qısqanclıq zəminində onunla bir evdə yaşayan qeyri-rəsmi nikah münasibətlərində olduğu Mehparə Quliyevaya məxsus vaqonu qəsədən yandırıb. Nəticədə vaqon və oradakı əşyalar yanıb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31