Azərbaycanda bir gündə 71 cinayət törədildi, 27 cinayətkar tutuldu
24 Oktyabr 2014 16:48 KriminalOktyabrın 23-də respublikanın daxili işlər orqanları tərəfindən 71 cinayət faktı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyiməlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, baş verən cinayət hadisələrinin 30-u "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31