Arvadını güllələyən Saray sakininin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Seyran Tahirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə, hal şahidləri ifadə veriblər.
Təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib. Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il aprelin 17-də Saray qəsəbəsi Sevil Qazıyeva küçəsində qeydə alınıb. Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Seyran Malik oğlu Tahirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Məhbubə Ramiz qızı Tahirzadəni gülləyib. M. Tahirzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məhbubə Tahirzədənin həyatını xilas etmək mümkün olmayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31