Bakıda avtomobillərə qənim kəsilən şəxs tutulub
24 Oktyabr 2014 13:53 KriminalBakıda avtomobillərə qənim kəsilən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində, oğurluqda şübhəli bilinən Salyan rayon sakini Kənan Həsənov tutulub. Məlum olub ki, o, oktyabrın 3-nə keçən gecə Cavadxan küçəsində Telman Məmişova məxsus "Mercedes" markalı avtomobilin yan güzgüsünü, oktyabrın 8-nə keçən gecə H.Seyidzadə küçəsində Həmid Muxtarova məxsus "Hyundai" markalı avtomobildən geyim əşyaları götürüb, oktyabrın 20-də isə Cavadxan küçəsində Kamran Eynullayevə məxsus "Audi" markalı avtomobilin şüşəsi sındırılmaqla oğurluğa cəhd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31