Bərdədə 2 otaqlı ev yanıb

Bərdə rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Nəticədə ümumi sahəsi 32 kv.m olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə, ev əşyaları qismən və evə bitişik tikilmiş sahəsi 21 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Evin qalan hissəsi və bitişik digər tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31