15 yaşlı qızı vurub qaçan avtobus sürücüsü yaxalandı

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 13-ü saat 21 radələrində S.Ə.Şirvani küçəsində naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub və o, xəstəxanaya yerləşdirilib. Xətai RPİ 34-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi "Daewoo" markalı avtobusla birlikdə tutulub. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31