Bakıda dəhşətli intihar: qadın özünü 8-ci mərtəbədən atdı
Hadisənin səbəbləri araşdırılır
24 Oktyabr 2014 11:33 KriminalBakıda intihar hadisəsi baş verib.Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Sevil Ələkbər qızı Babayeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən, yataq otağının pəncərəsindən ataraq intihar edib.Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31