Yaşayış binası partladı: ölənlər və yaralılar var
Hadisə Polşanın Katovitse şəhərində baş verib
24 Oktyabr 2014 11:09 KriminalPolşanın Katovitse şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ailə faciəsinə səbəb olub.ANS PRESS-in məlumatına, ŞhərinŞopen küçəsində yerləşən binalardan birində baş verən qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü ölüb. Bu baradə yerli xilasetmə qrupları tərəfindən xəbər verilib.Partlayış zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir. Başqa 10 nəfər isə xilasedicilər tərəfindən təxliyyə edilib.Polis hələ ki, ölənlərin kimliyi üzərində araşdırma aparır. Bəzi mənbələrdə isə ölənlərin ölkədəki televiziya əməkdaşlarından birinin ailəsi olduğu deyilir.Hadisə yerində yanğınsöndürənlər xilasetmə əməliyyatını davam etdirirlər və onlar əmin olmaq istəyirlər ki, binada başqa heç kəs yoxdur.