Azərbaycanda oğul anasını boğub öldürdü
Hadisənin səbəbi məlum deyil
23 Oktyabr 2014 20:08 KriminalAbşeron rayonunda qətl törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü, Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü, Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb. Hadisəni törədən H. Nağızadə saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31