Bakıda “avtoş” marşrut sürücüləri qəza törətdi

60 və 68 saylı marşrut sürücüləri yolu 1 saata yaxın bağladı

Bakıda marşrut sürücülərinin mübahisəsi onlarla sərnişinin həyatına təhlükə yaratdı. "OLAYLAR"ın hadisə  yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə avqustun 25-də saat 11.00 radələrində  paytaxtın Nizami rayonu ərazisində baş verib. "Transqeyt" şirkətinə məxsus 90 MV 282 dövlət nömrə nişanlı, 60 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu və 90 bs 139 dövlət nömrə nişanlı, 68 saylı xətt marşrutunun sürücüləri arasında baş verən mübahisə onlarla insana həyəcan yaşadıb. Marşrut sürücüləri yolda şərnişin daşıdıqları halda əməlli başlı "avtoşluq" ediblər. Sərnişinlərin etirazına baxmayaraq avtobus sürücüləri bir-birilərini hətta təhqir etməkdən, yolu bağlamaqdan belə çəkinməyib. Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında isə avtobuslardan biri yolu bağlayıb və iki sürücü əlbəyaxa davaya çıxıb.Hadisəyə səbəb 60 saylı maşrutun sürücüsünün 68 saylı maşrutun güzgüsünü qırması olub.  Sonda hər iki sürücü qəza törətsə də, ərazidəki yol polisləri hadisəyə reaksiya verməyib. 22-25 yaşlı sürücülər sərnişinlərə məhəl qoymadan avtobusları yenidən qəza vəziyyətində idarə edib. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaq cəhdimizsə alınmadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31