Xızıda güllələnmə

Siyəzən sakinini öldürüb avtomobilini qaçırdılar

Xızı rayonunda silahlı insident baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Şurabad qəsəbəsində baş verib. Xızı rayonunun Şurabad qəsəbəsi ərazisində, naməlum şəxs odlu silahdan atəş açaraq Siyəzən şəhər sakini Elşən Ələkbərova xəsarət yetirib və ona məxsus "AzSamand" markalı avtomaşına oturub hadisə yerindən gedib. Hadisə yerindən 2 ədəd ov tüfənginin boş gilizi götürülüb. E.Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xızı RPŞ tərəfindən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31