Bakıda dəhşətli avtobus qəzası: ölənlər və yaralananlar var
23 Oktyabr 2014 17:37 KriminalBakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirblər ki, yol qəzasında 15 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Bundan əvvəl 10-dan artıq insanın xəsarət aldığı deyilmişdi. Dəqiqləşdirilməmiş məlumatlara görə isə hadisə nəticəsində ölənlər də var. Lakin ölənlərin dəqiq sayı açıqlanmır.
***
Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb
Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində, Qaradağ rayonu ərazisində, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. APA-nın verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, "Ford" markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı "Ford" markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb. Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər alan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb. Hazırda yol polisi hadisə yerində araşdırma aparır.