Yardımlı rayon sakinindən 7 kq tiryək götürülüb
27 Avqust 2012 14:38 KriminalYardımlı rayon sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib. Yardımlı rayon Polis Şöbəsindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Zevin kənd sakini, 1976-cı il təvəllüdlü Əfqan Zöhrab oğlu Eyniyevin üzərindən 7 kiloqram narkotik vasitə olan tiryək və 480 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31