Daş sexində yanğın baş verib

Bərdə şəhərində vətəndaş tərəfindən icarəyə götürülmüş sexdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məumata görə, nəticədə ümumi sahəsi 750 kv. m olan daş sexinin ərazisində fəhlələr üçün ayrılmış otağın tavanı 20 kv. m sahədə və içərisində olan avadanlıqlar yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31