Bakıda tikintidə kran aşdı, ölən və yaralanan var

Bakıda tikintidə dəhşətli ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYIAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə\, oktyabrın 22-də paytaxtın Nizami rayonu H.Əliyev prospektində aparılan tikintidə, qaldırıcı qurğunun kanatı qırıldığından orada işləyən Yardımlı rayon sakini Rüfət Alıyevin və Bakı şəhər sakini Kamran Mustafayevin üstünə düşüb. R.Alıyev hadisə yerində ölüb, K.Mustafayev isə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31