DİN 20 yaşlı qızın başının kəsilməsi barədə məlumat yaydı
23 Oktyabr 2014 14:33 KriminalDaxili İşlər Nazirliyi Bakıda 20 yaşlı qızın başının kəsilməsi ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 22-də Günel Nuriyevanın bıçaqla qətlə yetirilmiş meyiti Xətai rayonu X.Məmmədov küçəsində yaşadığı mənzildə tapılıb. Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Nuriyevanın bacısı Pərvanə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31