Gəmi Təmiri Zavodunda yanğın

Yanğın zavodun anbarında baş verib

Dövlət Neft Şirkətinə məxsus Gəmi Təmiri Zavodunun ərazisində yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda Dövlət Neft Şirkətinə məxsus Gəmi Təmiri Zavodunun ərazisindəki ümumi sahəsi 150 kvadrat metr olan dəmir konstruksiyadan ibarət anbarın içərisinə yığılmış təsərrüfat malları 50 kv/m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31