Azərbaycan Müəllimlər İnstitutu məhkəməyə verilib
23 Oktyabr 2014 12:52 KriminalAzərbaycanda daha bir ali məktəb məhkəməyə verilib. Lent.az-ın Bakı Apellyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Müəllimlər İnstitutu və Müəllimlər İnstitutunun Qazax filialına qarşı iddia qaldırılıb. Belə ki həmin ali məktəbdə çalışan Nağıyeva Kəmalə Qulu qızı əmək müqaviləsinin ləğv olunması haqqında əmrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Məhkəməyə iclası sabah keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31