Bakıda şadlıq evində CİNAYƏT
23 Oktyabr 2014 12:47 KriminalBakıda oğurluqla məşğul olan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 19-da M.Əliyev küçəsində yerləşən şadlıq sarayında Bakı şəhər sakini Ayan Bəşirzadənin mobil telefonu masanın üzərindən oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sadiq Abasov tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31