Bakıda tələbə qızın başını niyə kəsdilər? - ŞOK TƏFƏRRÜATLAR
Bacısı tərəfindən öldürülən 20 yaşlı qızın cinsi azlıq nümayəndəsi olduğu bildirilir
23 Oktyabr 2014 11:30 KriminalBakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın məlumatına görə, Xətai rayonu Xudu Məmmədov küçəsi18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb.P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. O, kiçik bacısına bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib. Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.