“KAMAZ”la "Jiquli" toqquşdu, bir nəfər öldü, ikisi yaralandı
27 Avqust 2012 13:34 KriminalKürdəmir rayonu, Atakişili kəndində vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə "VAZ-2106" markalı minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alaraq hadisə yerində vəfat edib. Minik avtomobilində olan iki sərnişin isə ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla minik avtomobilindən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31