Otla dolu tövlə yandı

Ağcabədi rayonu, Vaqazin kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 24 kv.m olan vaqon tipli taxta konstruksiyadan ibarət köməkçi tikilinin 14 kv.m sahədə yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğından tikilinin qalan hissəsi mühafizə olunub. Qəbələ rayonu, Noxurqışlaq kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan  tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə  yığılmış 8 ton ot bağlamasının 4 tonu yanıb. Yanğından tövlənin və ot bağlamasınin qalan hissəsi mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31