Qazaxıstanda üç azərbaycanlı tutuldu
22 Oktyabr 2014 16:18 KriminalÜç Azərbaycan vətəndaşı brakonyerliyə görə Xəzərin Qazaxıstan hissəsində odlu silah tətbiq edilməklə saxlanıblar. Trend-in Qazaxıstan Sərhəd Xidmətinə istinadən verdiyi məlumata görə, brakonyerlər "Bayda" üzmə vasitəsində Kulalı adası ərazisində gecə vaxtı saxlanıblar. Sərhədçilərin dayanmaq əmrinə tabe olmadıqlarına görə onlara qarşı silah tətbiq edilib, xəsarət alan olmayıb. Brakonyerlərdən 94 nərə balığı və müxtəlif brakonyerlik aləti götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31