“BONAQUA”-dan civə çıxdı

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasının gömrük  ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş güclü təsirli zəhərli maddə olan civənin Bakı şəhəri Qaradağ rayonu ərazisində realizə olunacağı barədə əməliyyat  məlumatı daxil olub. DGK-dan "Olaylar"a verilən məlumata görə, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşn "Meyvəli" bazarının  qarşısında keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Şabanov Tural Aqronom oğlunun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə həmin əraziyə gəlmiş  Abdullayev Pərviz Təbriz oğlu  özləri ilə gətirdikləri sellofan torbanın içərisinə qoyulmuş 1 ədəd 0.5 litr həcmli şəffaf rəngli plastik "BONAQUA" su qabının icərisində olan civə maddəsini satmaq istəyərkən əməliyyat işçiləri tərəfindən saxlanılıblar.  Daha sonra T.A.Şabanov içərisində civə maddəsinin olduğu  2 ədəd plastik su qabının  anası Şabanova Zeynəb Ramiz qızının icarə əsasında işlətdiyi  Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 13 ünvanında yerləşən kosmetika məhsullarının satışının həyata keçirildiyi dükanda olduğunu bildirmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  Z.R.Şabanova tərəfindən içərisində civə məhlulu olan həmin 2 ədəd plastik su qabının Lökbatan qəsəbəsi, keçid 1594 ünvanında yerləşən stadionun yanındakı qamışlığa atıldığı müəyyən edilib. Qeyd olunan ünvanda yerləşən qamışlıqdan 1 ədəd sellofan torbada  içərisində civə maddəsi olan  2 ədəd 0.5 litr həcmli şəffaf rəngli plastik "BONAQUA" su qabları aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31