Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

Saxlanılanlar barələrində inzibati tədbir görülüb

Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Keçirilən əməliyyat nəticəsində avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlı olub. Saxlanılanlar barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31