Azərbaycanda dəhşətli qəza: ölənlər var

Oktyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bünyadlı kəndində Cəbrayıl rayon sakini Eldəniz Tumasquliyevin və Şərq qəsəbə sakini  İlkin Məsimovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. E.Tumasquliyevin sərnişini - Füzuli rayon sakini Arzuman Xankişiyev və İ.Məsimovun sərnişini - İmişli rayon sakini  Alim Tağıyev hadisə yerində ölüb. Hər iki sürücü və E.Tumasquliyevin digər sərnişini xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31