Bakıda güclü partlayış: xəsarət alan var
22 Oktyabr 2014 14:19 KriminalBakıda şirniyyat sexində partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 21-də saat 12 radələrində Bakı şəhər sakini Zorab Vazayeviçevə məxsus Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən (konstruksiyası plastik materialdan olan) şirniyyat sexində təbii qazın sızmasından partlayış olub. Nəticədə konstruksiya dağılıb, orada çörək bişirən işləyən Bakı şəhər sakini Samir Həşimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31