Bakıda tuneldə ölüm
"Land Cruiser" tuneldə beton dirəyə çırpılıb
22 Oktyabr 2014 12:49 KriminalBu gecə Bakının Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib. Nərimanov rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki yeni istifadəyə verilmiş tuneldə "Toyota Land Cruiser" markalı avtomobil beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1961-ci il təvəllüdlü Sabir Məmmədəli oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31